“Enerji keçidinin həyata keçirilməsi yeni nəslin qarşısında duran əsas məsələdir” - SOCAR-ın vitse-prezidenti

“Enerji keçidinin həyata keçirilməsi yeni nəslin qarşısında duran əsas məsələdir” - SOCAR-ın vitse-prezidenti

“Bakı Ali Neft Məktəbi SOCAR-ın nəzdində təsis olunub. Bu universitetin məzunlarının işədüzəlmə nəticəsinə baxdıqda yüksək potensial müşahidə olunur. Bakı Ali Neft Məktəbinin nəticələri ölkə daxilində deyil, eyni zamanda ölkə hüdudlarından kənarda da yüksəkdir”. SİA xəbər verir ki, bu sözləri Bakı Enerji Forumunda çıxışı zamanı SOCAR-ın vitse-prezidenti Ziba Mustafayeva deyib.

"Biz hazırda bərpa olunan enerji layihəli ilə bağlı mühəndis fakültəsini açmaq istəyirik.

Enerji keçidinin həyata keçirilməsi yeni nəslin qarşısında duran əsas məsələlərdəndir. Enerjiyə keçiddə hələ də savadlı insanlara ehtiyac var. Bu mənada artım düşüncə tərzini inkişaf etdirməliyik. İnsan resursları sahəsində məhsuldarlığı artırmalıyıq”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə