“Azərbaycanın bərpa olunan enerji mənbələrində inkişaf üçün daha böyük potensialı var” - Abdulla Zayed

“Azərbaycanın bərpa olunan enerji mənbələrində inkişaf üçün daha böyük potensialı var” - Abdulla Zayed

“Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti bərpa olunan enerji mənbələri sahəsində böyük təcrübəyə malikdir. Biz Azərbaycanda, Özbəkistanda və regionun digər ölkələrində işləyirik”. SİA xəbər verir ki, bu sözləri “Masdar”ın Asiya və Afrika regionlarında inkişaf və sərmayələr üzrə direktoru Abdulla Zayed deyib.

A.Zayed Qaradağda 230 MVt-lıq birgə günəş enerjisi layihəsinin əhəmiyyətini qeyd edib: “Ötən gün biz daha bir müqavilə imzaladıq. Ancaq Azərbaycanın bərpa olunan enerji mənbələrində inkişaf üçün daha böyük potensialı var”.

Bütün xəbərlər Facebook səhifəmizdə