“Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsinə böyük ehtiyac var“ - Orxan Zeynalov
“Dənizdə küləkdən istehsal edilən elektrik enerjisini Avropaya çatdıracaq bu dəhlizin həyata keçməsi üçün həm Azəbaycanın yüksək bərpa olunan enerjipotensialı, həm də ki, tələbat var”. SİA xəbər verir ki, bu sözləri Bakı Enerji Forumunda çıxışı zamanı energetika nazirinin müavini Orxan Zeynalov deyib.
Nazir müavini qeyd edib ki, Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi layihəsinə böyük ehtiyac var və gələcəkdə bu ehtiyac daha da artacaq: “Mərkəzi Asiya ölkələrinin də böyük külək enerjisi potensialı var və bu potensialı istifadə etmək üçün, yaşıl enerjini “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizi vasitəsi ilə ixrac etmək məqsədilə müvafiq danışıqlar və əməkdaşlıq aparılır.
Bunları nəzərə alaraq, “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizinin həyata keçirilməsi bütün tərəflər üçün faydalı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB