“Azərbaycanda enerji məsələsində aydın kurs müəyyən olunub” - Raad al Saady

“Azərbaycanda enerji məsələsində aydın kurs müəyyən olunub” - Raad al Saady

“Azərbaycan region və regiondan kənarda olan ölkələr üçün mühüm əhəmiyyət kəsb edən işlər görür. Cənub Qaz Dəhlizi ilə bağlı ilk zamanlarda şübhələr var idi, düşünürdülər ki, buna çoxlu pul yatırılacaq və heç bir əhəmiyyəti olmayacaq. Lakin Cənub Qaz Dəhlizi bu gün Avropanın qazla təchizatında mühüm yer tutur”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı "Acwa Power"in sədr müavini və idarəedici direktoru Raad al Saady deyib.

O bildirib ki, COP29-la dünya dövlətləri Azərbaycanla bağlı münasibətlərini etiraf etdilər: “Çünki onlar dünya əhəmiyyətli bir məsələnin müzakirəsi üçün məhz Azərbaycanda toplanmaq qərarına gəldilər. Azərbaycan dünya üçün uzunmüddətli, etibarlı enerji tərəfdaşına çevrilib. Gələcəkdə eyni güc yaşıl enerjiyə keçid məsələsində də hiss olunacaq. Azərbaycanda bu istiqamətdə aydın kurs müəyyən olunub, ciddi işlər görülür.

Dünyanın bir çox ölkələri ya enerji təhlükəsizliyi, ya da yaşıl enerjiyə keçid məsələsindən danışır. Azərbaycanda isə bu məsələlərin hər ikisi müzakirə edilir və işlər görülür. Bu da Azərbaycanın enerji sahəsindəki gücünü bir daha göstərir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə