“Azərbaycan hazırda şaxələndirilmiş enerji resurslarının birbaşa təczizatçısıdır” - KAMAL ABBASOV
“Enerji təhlükəsizliyi yalnız hökumət və şirkətlərin deyil, bütün insanların maraq dairəsində olan bir məsələdir. Dünya hazırda enerji təhlükəsizliyi məsələsində böyük çətinliklərlə üzləşir. Bu mənada alternativ enerji mənbələrinin olması çox vacibdir. Neftlə bərabər bizə qaz da lazımdır ki, yaşıl enerjiyə keçidi təmin edə bilək”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikasının energetika nazirinin müavini Kamal Abbasov deyib.
O bildirib ki, təbii qazın təmin edilməsi üçün yeni texnologiyalardan istifadə etmək lazımdır: “Bərpaolunan enerji bizim enerji sistemimizdə mühüm yer tutur, amma neft-qaz nüanslarının əhəmiyyətini başa düşməyimiz də mühümdür. Bütün bunlar enerji təhlükəsizliyi və iqtisadi sabitlikdə vacib rola sahibdir. Cənub Qaz dəhlizi strateji mühüm layihədir. Avropa ilə Azərbaycan arasında imzalanmış anlaşma memorondumu əməkdaşlığın güclənməsinə öz töhfəsini verəcək. Qeyd edim ki, Azərbaycan hazırda şaxələndirilmiş enerji resurslarının birbaşa təczizatçısıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB