Mərkəzi Bankın valyuta ehtiyatları 12 mlrd. dollara yaxınlaşır
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları son bir ayda 0,5% artaraq iyun ayının 1-nə 11 milyard 713,7 milyon dollara yüksəlib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, son bir ildə Mərkəzi Bankın ehtiyatları 27,7% artıb.
Qeyd edək ki, AMB-nin valyuta ehtiyatları 2015-ci ildən sonra ən yüksək həddə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB