“Azərbaycan Avropa İttifaqı üçün etibarlı partnyordur” - Kristina Lobillo Borrero

“Azərbaycan Avropa İttifaqı üçün etibarlı partnyordur” - Kristina Lobillo Borrero

“Avropa İttifaqında çox ciddi enerji böhranları mövcuddur. Bu böhran xüsusilə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra ciddi xarakter aldı. Həmçinin enerji qiymətləri barəsində problemlərlə üzləşdik. Böhranla mübarizə aparmaq üçün xüsusi olaraq tənzimləyici paketlər hazırlamışıq”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Enerji Platformasının İşçi Qrupunun və Beynəlxalq Əlaqələr İdarəsinin – Enerji üzrə Baş Direktoru Kristina Lobillo Borrero deyib.

O bildirib ki, kəsilən qazın bərpasında Azərbaycan mühüm rol oynayır: “Belə ki, Avropa İttifaqının qazla təchizatına Azərbaycan böyük köməklik göstərir, 11 milyard kubmetr qaz təczizatımız təmin edilir. 2027-ci ilə qədər bu rəqəmi 20 milyarda çatdırmaq niyyətimiz var. Həmçinin enerji keçidi məsələsində də vacib işlər görürük.

Azərbaycanla verdiyim nümunələr yaşıl dəhlizlə paralel işlənilir. Nəticə etibarilə isə yaşıl enerjiyə keçid üçün vaxt lazımdır. Hazırda Avropada qaz istehlakı çoxdur. Məqsədimiz ondan ibarətdir ki, qaz ixracını davam etdirək və yaşıl enerjiyə keçid üzərində birgə çalışaq. Bu istiqamətdə Azərbaycanla yanaşı Norveç, ABŞ-la da əməkdaşlıq edirik, enerji keçidini gücləndirmək barədə müzakirələr aparılır. Azərbaycan Avropa İttifaqı üçün etibarlı partnyordur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə