“Yaşıl enerji artıq mühüm sahələrdən birinə çevrilib” - İQTİSADÇI DANIŞDI
“Hazırda Azərbaycanda qeyri-neft sektoru üzrə turizm, texnoloji sahə, informasiya kommunikasiya, logistika və kənd təsərrüfatı sektoru xüsusi yer tutur. Həmçinin yaşıl enerji də artıq mühüm sahələrdən birinə çevrilib”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
O bildirib ki, sözügedən sahələrin qeyri-neft sektorunda inkişaf etdirilməsi zəruri hesab edilir: “Bütün bu sahələrin inkişaf etdirilməsi ölkəmiz üçün faydalıdır, qeyri-neft sektorunun stabil inkişafına gətirib, çıxara bilər. Amma çox təəssüf ki, statistikaya baxanda görürük ki, nəticələr qənaətbəxş və ürəkaçan deyil. COP29 isə yaşıl enerjinin inkişafına töhfə verəcək mühüm beynəlxalq konfransdır. Azərbaycanda isə yaşıl enerjinin inkişaf etdirilməsinə çoxdan başlanılıb, bu istiqamətdə ciddi addımlar atılır. Alternativ enerji mənbələri ilə bağlı hazırda bağlanmış müqavilələr 10 giqavata qədər külək, günəş, su enerjisinin alınmasına yönəlib. Bir çox şirkətlərlə müqavilələr bağlanılıb və mühüm vəsait yatırılıb”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB