ARAS nəqliyyat vasitələrinin keçmə müddətini azaldıb - Gömrük rəsmisi
Azərbaycanda süni intellekt əsaslı avtomatlaşdırılmış risk analiz sistemi - ARAS tətbiq olunduqdan sonra bu ilin I rübündə ölkənin sərhəd buraxılış məntəqələrindən nəqliyyat vasitələrinin keçmə müddəti ötən ilin eyni dövrünə nisbətən 46 % azalıb - 50 dəqiqədən 27 dəqiqəyə enib. SİA xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin Gömrük Riskləri İdarəsinin böyük inspektoru Günəş Hacıyeva Bakıda keçirilən "Sürətli və təhlükəsiz logostikada rəqəmsal gömrük dəstək mexanizmləri" mövzusunda panel müzakirələrində bildirib.
O qeyd edib ki, ARAS-ın tətbiqindən sonra sərhəd buraxılış məntəqələri üzrə nəqliyyat vasitələrinin qeydiyyata alınması da sürətlənib: "I rübün göstəricilərinə görə qeydiyyata alınan nəqliyyat vasitələrinin sayı 63 052-dən 66 572-yə yüksəlib. Həmçinin sərhədkeçmə üzrə yaşıl dəhlizin payı 56 %, qırmızı dəhlizin payı isə 44 % olub. Gömrük rəsmiləşdirməsi üzrə isə yaşıl dəhlizin payı 57 %, qırmızı dəhlizin payı 13 %, sarı dəhlizin payı 30 % təşkil edib. Yaşıl dəhliz üzrə 94 %-lik dəqiqlik qeydə alınıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB