“Bu forum bizim üçün yeni müştəri portfoliosu yaradır” - Ülvi Ocaqlı

“Bu forum bizim üçün yeni müştəri portfoliosu yaradır” - Ülvi Ocaqlı

“Şirkətimiz Azərbaycanda tranzit və digər rejimlərdə fəaliyyət göstərən istiqamətlərdə kodvermə və daşıma əməliyyatları icra edir. Əsas istiqamətlərimiz şimal-cənub üzrədir”. Bu sözləri SİA-ya açıqlamasında Sara logistikanın direktor müşaviri və idarə heyətinin üzvü Ülvi Ocaqlı Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərində iştirakı zamanı deyib.

“Şirkətimizə məxsus 109 vaqon-parkımız var və 3 ədəd gəmi ilə təmsil olunuruq. Şirkətimizin əsas məqsədi multimodal daşımaçılıqdır. Bu forumda iştirak bizim üçün yeni müştəri portfoliosu yaradır. Yalnız burada deyil, ümumiyyətlə belə forumlarda iştirak etmək bizim üçün vacibdir. Çünki biz maraqlıyıq ki, cəmiyyətimiz daim eyni tonusda fəaliyyət göstərsin və öz mexanizmasını davam etdirsin”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə