“Sərgidən böyük nəticələr gözləyirik” - Şirkət təmsilçisi

"“Cargonyx" beynəlxalq logistik, yükdaşıma şirkətidir və hazırda Azərbaycanda çalışırıq. Əsas ofisimiz isə İtaliyada yerləşir”. Bu sözləri SİA-ya açıqlamasında "Cargonyx" şirkətinin təsisçisi İbrahim Seyidov deyib.

İ.Seyidov bildirib ki, 2023-cü ildə şirkətin Azərbaycan nümayəndəliyi fəaliyyət göstərməyə başlayıb: “İlk dəfə olaraq Bakı Enerji Həftəsi çərçivəsində sərgidə iştirak edirik. Sərgidən böyük nəticələr gözləyirik. Azərbaycanda tranzitin inkişafı üçün çalışırıq. Avropadan Azərbaycana, Azərbaycandan Çinə və geri istiqamətdə yüklərin daşınması istiqamətində yüklərin daşınmasının artırılmasında fəal iştirak edirik”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə