“Belə forumlar Azərbaycanın enerji sahəsindəki gücünü və potensialını göstərir” - DEPUTAT RƏY BİLDİRDİ
“Bakı Enerji Həftəsi yalnız Azərbaycanın enerji potensialının təqdim edilməsi baxımından deyil, eyni zamanda bu sahədə əməkdaşlığın gücləndirilməsi aspektindən vacibdir. Çünki bu toplantıda dünyanın aparıcı şirkətlərinin nümayəndələri müxtəlif dövlət və hökumət rəsmiləri, beyin mərkəzinin əməkdaşları iştirak edəcəklər. Nəticə etibarilə bu, fərqli sahə nümayəndələrin bir araya gəlməsinə, qlobal enerji məsələlərinin müzakirəsinə imkan yaradır. Bu da həm enerji sahəsində dövlət-özəl əməkdaşlığının gücləndirilməsi, yeni ideyaların müzakirə olunması və bu sahədə real, daha perspektivə hesablanan addımların atılmasına gətirib çıxarır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, Bakı Enerji Həftəsinin keçirilməsi həm də innovasiya və texnologiyanın təqdimatı baxımından vacibdir: “Çünki bu gün enerji sahəsində ən vacib məqamlardan biri innovativ dəyişikliklərdir. Bakıda keçirilən bu forum yeni texnologiya və innovasiyanın şirkətlər tərəfindən təqdim edilməsinə, bu sahədə IV sənaye inqilabının nəticələrinin müzakirəsinə imkan yaradır. Bu baxımdan Bakı Enerji Həftəsi regional və qlobal əhəmiyyət daşıyır. Eyni zamanda, belə forumlar Azərbaycanın bu sahədəki gücünü və potensialını göstərən əsas faktor rolunu oynayır”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB