“Azərbaycanda aqrar sektorun inkişafına qayğı və diqqət ildən-ilə artır. Bunun nəticəsidir ki, bu sahədə müəyyən nəticələr əldə olunur. Keçən il kənd təsərrüfatı məsulunun 3 faiz, heyvandarlıq məsulları istehsalının 3.2 faiz, bitkiçilik məsulları istehsalının 2.7 faiz artması göstərir ki, bu sahədə irəliyə doğru addımlar atılır. Kənd təsərrüfatına yönəldilən xərclərin də həcmi ildən-ilə yüksəlir. Son 5 ildə kənd təsərrüfatı xərcləri 123.9 milyon manat və ya 15 faiz artıb. Təbii ki, bu yaxşı rəqəmdir. Ölkədə qeyri-neft sektorunun inkişafında aqrar sahə mühüm rol oynayır və potensial da çox yüksəkdir. Buna görə də bu sahənin inkişafı diqqət mərkəzindədir. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirildikdən sonra oradakı torpaqların əkin dövriyyəsinə daxil edilməsi bu sahənin inkişafına təkan verəcək. İlkin qiymətləndirmələrə görə, Qarabağ və Şərqi Zəngəzurun işğala məruz qalmış ərazilərdə məskunlaşma, bərpa prosesləri başa çatdıqdan sonra təqribən 150 min hektar əkin sahəsi dövriyyəyə cəlb olunacaq. Mövcud əkin strukturu nəzərə alınmaqla əkin sahələrinin təxminən 100 min hektarı taxıl istehsalına cəlb olunacaq”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, Qarabağ və Şərqi Zəngəzur bölgələrində mövcud olan təqribən 350 min hektar örüş otlaq sahələri heyvandarlığın inkişafı üçün çox böyük imkanlar yaradacaq: “Həmin torpaqlar böyük potensialdan xəbər verir. Bu sahədə çox mühüm işlər görülür. Keçən il bu ərazilərdə 100 min hektara yaxın sahədə taxıl, qarğıdalı, arpa, noxud və digər kənd təsərrüfatı məsulları yetişdirilib. Bu da ərzaq təminatının yaxşılaşmasına kömək olur.
Sözsüz ki, aqrar sektorun mühafizəsi, fermerlərin iş şəraitinin yaxşılaşdırılması, onlara əlavə təminatların verilməsi, subsidiyaların ayrılması dövlətin qarşısında duran ən başlıca vəzifələrdən biridir. Bu istiqamətdə müəyyən tədbir həyata keçirilir. Çox yaşxı haldır ki, son illər aqrar sığortaya diqqət artıb və demək olar ki, bir neçə ildə bu sahədə müəyyən irəliləyişlər nəzərə çarpır. Kənd Təsərrüfatı nazirliyi 2024-2030-cu illərdə ölkədə kənd təsərrüfatı məsullarının istehsalı və emalı sahələrinin inkişafı üçün dövlət proqramı hazırlayıb və burada aqrar sektorun inkişafının bütün elementlərini öz əksini tapıb. Aqrar sığorta mexanizminin təkmilləşdirilməsinə də böyük önəm verilib.
Aqrar sığorta mexanizminin təkmilləşməsi kənd təsərrüfatı istehsalçılarına müəyyən imkanlar yaradacaq və onların maliyyə-çıxış imkanlarını artıracaq. Bu çox vacibdir, çünki sahibkarlar iqlim dəyişiklikləri, təbii fəlakətlərdən ciddi çətinlik çəkirlər. Görülən bütün tədbirlər, aparılan maarifləndirmə işləri deməyə əsas verir ki, aqrar sahə ildən-ilə inkişaf edəcək və iqtisadiyyatımızın aparıcı xəttindən birini təşkil edəcək”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB