Dövlətə məxsus 21 nəqliyyat vasitəsi satılıb

Dövlətə məxsus 21 nəqliyyat vasitəsi satılıb

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti növbəti hərracda 21 nəqliyyat vasitəsi satılıb. Dövlət Xidmətindən SİA-ya bildirilib ki, hərraca çıxarılan əmlaklara 103 sifariş qəbul edilib.

Rəqabətli keçən hərracda ilkin qiyməti 500 manat olan MTZ-82 markalı traktor 4050 manata, start qiyməti 4250 manat olan “Volkswagen Passat CC” markalı nəqliyyat vasitəsi isə 5700 manata satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə