Rusiya Mərkəzi Bankının (RMB) rəhbəri Elvira Nabiullina özəl investorların səhmlərinin ələ keçirilməsindən narahatdır. SİA xəbər verir ki, bu barədə RBC məlumat yayıb.
Rusiya Federasiyası Mərkəzi Bankının sədrinin sözlərinə görə, bu hallar pərakəndə investorların fond bazarına inamına birbaşa təsir göstərir.
Nabiullina əmindir ki, “kapital bazarı imkanlarından” resursları cəlb etmək üçün istifadə edilməlidir, çünki bu etimadı qorumaq “çox vacibdir”.
Mərkəzi Bank bu problemin mümkün həlli variantlarını öyrənmək niyyətindədir.
Nabiullina əlavə edib ki, Rusiya Bankı minoritar səhmdarların səhmlərinin müsadirə edilməsi hallarını qanun nöqteyi-nəzərindən qiymətləndirəcək.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB