Azərbaycan İnvestisiya Holdinqinin idarə etdiyi 11 şirkətdən 8-i divident ödəyir - Əli Əsədov
"2023-cü ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilmiş 11 dövlət şirkətindən 8-i üçün potensial divident ödəmə imkanları yaranıb". SİA xəbər verir ki, bu sözləri Baş nazir Əli Əsədov Milli Məclisin bu gün keçirilən iclasında hesabat təqdim edərkən bildirib.
O bildirib ki, Holdinqin müəssisələrinin maliyyə və əməliyyat göstəricilərində əhəmiyyətli yaxşılaşma müşahidə edilir: "Ötən il portfel şirkətlərin səmərəli fəaliyyəti nəticəsində ümumi gəlirləri təqribən 74 %, EBİTDA göstəricisi 101 % artıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB