"Bitkoin" kəskin ucuzlaşdı

Ticarət sessiyası zamanı "bitkoin"in dəyəri 10,14% azalaraq 60,56 min dollara düşüb. SİA xəbər verir ki, bunu Bakı vaxtı ilə saat 23:56-ya olan “Binance” platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 00:01-ə olan məlumata görə, "bitkoin"in məzənnəsi enişini ləngidərək 61,966 min dollar (-7,92%) təşkil edib.

Qeyd edək ki, ötən gün "bitkoin"in dəyəri 68 min dolları ötmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə