ƏSF borc qiymətli kağızlara investisiya qoymağa başlayıb

2022-ci ilin yekununda Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) borc qiymətli kağızlara investisiyaları 43,276 milyon manat təşkil edib. SİA bu barədə Fondun maliyyə hesabatına istinadən xəbər verir.

Qurum borc qiymətli kağızlara investisiya qoyuluşuna 2022-ci ildən başlayıb (2021-ci ilin yekununda bu istiqamətdə investisiyalar olmayıb).

Borc qiymətli kağızları Fondun aktivlərində 7,4 % paya malik olub.

Bütün xəbərlər Facebook səhifəmizdə