"Baku Water Week" Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilir - YENİLƏNİR

Bu gün "Baku Water Week" Sərgisinə həsr olunmuş mətbuat konfransı keçirilir. SİA xəbər verir ki, konfransda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nümayəndələri, həm də sərgi təşkilatçıları iştirak edir.

Bakı Su Həftəsində 16 ölkədən 90-a yaxın şirkət öz iştirakını təsdiqləyib. İştirakçı şirkətlərin təmsil etdiyi ölkələr sırasına Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Avstraliya, Belarus, Belçika, Böyük Britaniya, Çexiya, Danimarka, Gürcüstan, İsrail, Isveçrə, Qazaxıstan, Türkiyə və Rusiya Federasiyası daxildir.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə