Naxçıvandan İraqa və BƏƏ-yə 225 ton soğan İXRACI

Naxçıvandan İraqa və BƏƏ-yə 225 ton soğan İXRACI

Bu ilin yanvar ayında Naxçıvandan İraq və Birləşmiş Ərəb Əmirliyinə 225 ton soğan ixrac olunub. Bu barədə SİA-ya Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, bu, ötən ilin dekabr ayı ilə müqayisədə 3 dəfə çoxdur.

Qeyd edək ki, 2023-cü ilin dekabrında Naxçıvandan 75 ton soğan İraqa ixrac edilib.

Yerli fermerlərin səyi nəticəsində Naxçıvanın kənd təsərrüfatı məhsullarının ixrac coğrafiyası genişlənir.

Bütün xəbərlər Facebook səhifəmizdə