“Azərbaycan hər zaman qabaqlayıcı tədbirlər görür“ - DEPUTAT DANIŞDI
“Neftlə zəngin olan regionda hər hansı bir proses baş verirsə, bu dünya bazarında neftin qiymətinə öz təsirini göstərir. Həmçinin proseslər daşınma xərclərinə də təsir göstərir. Buna görə də Qırmızı dənizdə baş verənlər də təsirsiz ötüşmür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Hüseynov deyib.
Deputat bildirib ki, istənilən sahə üzrə regionda baş verən proseslərə qarşı Azərbaycan hər zaman qabaqlayıcı tədbirlər görür: “Ölkənin daxili bazarına təsir edə biləcək amillər təhlil olunur ki, ölkə prosesdən təsirsiz ötüşsün. Qırmızı dənizdə daşınma xərcləri artsa belə, benzin və dizelin qiymətinə ciddi bir təsiri olacağını düşünmürəm”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB