“Azərbaycanda 2015-ci il devalvasiyasından sonra müxtəlif dövlət proqramları tətbiq olunmağa başlanıb. İstənilən Azərbaycan vətəndaşı gördü ki, bu dövlət proqramları uğurlu formada həyata keçirilir. 2015-ci ilin sonundan bu günə qədər dolların məzənnəsi stabil olaraq saxlanıb”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.
Onun sözlərinə görə, dolların məzənnəsinin stabil saxlanması müxtəlif alətlərdən istifadə edilməklə həyata keçirilib: “Dolların əmsalı Mərkəzi Bank tərəfindən 1 manat 70 qəpik olaraq müəyyənləşdirildi və saxlandı. Bir çox potsovet ölkələri kimi Azərbaycan da SSRİ-dən ayrıldıqdan sonra sosializmdən kapitalizmə keçməyi çətin başa gəldi. Bütün infrastruktur, müəssisələr, iqtisadi aktivliyi təmin edən qurumlar dövlətin balansında idi. Bununla yanaşı aktiv əmək qabiliyyətli əhali də həmişə dövlət qurumlarında çalışmışdı. Bu da dövlət büdcəsinə yük idi”.
Ekspert bildirib ki, Azərbaycanda müstəqillik əldə edildikdən sonra bu keçid mərhələlərlə başladı: “Buna baxmayaraq illərdir dolların əmsalı 1 manat 70 qəpik həcmində saxlanılır. Azərbaycan Prezidentinin yürütdüyü siyasət, həyata keçirdiyi islahatlar bu istiqamətdə bizə müsbət proqnozlar verməyə əsas verir. Düşünürəm ki, yaxın 6 ay müddətində dolların məzənnəsində hansısa dəyişiklik gözlənilmir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB