Onlayn ticarət iqtisadiyyata necə təsir göstərir? - EKSPERT FİKİR BİLDİRDİ
"Onlayn ticarət tendensiyası ölkəmizdə işsizlərə, iş qurmaq istəyənlərə bir növ motivasiya olar. Digər ölkələrin tanınmış saytları var ki, bütün dünya ölkələrindən sifariş qəbul edirlər. Bu da təbii ki, ölkə iqtisadiyyatına böyük dəstəkdir. Ümid edirəm ki, ölkəmizdə də olar". Bu sözləri SİA-ya iqtisadçı ekspert Günay Hüseynova deyib.
Onun sözlərinə görə, onlayn ticarət platformasının müsbət tərəfləri çoxdur: "Əvvəla mağazaların kirayə haqqı olduqca yüksəkdir, bundan əlavə digər xərclərdə var. Yəni, ayda gəliri olsa da, olmasa da sahibkar bu xərcləri ödəməlidir. Alıcılar yönündən baxdıqda isə işləyən insanların vaxtı olmur ki, mağaza-mağaza gəzib hansısa məhsulu alsın".
Ekspert sözlərinə davam edərək bildirib ki, digər yandan öz işini qurmaq istəyənlər üçün də stimul olar: "Dəfələrlə şahid oluruq bazar yanır, sahibkarın malı kül olur və ya biri yeni yer açar, ”haqq” alınır axırda məcbur olur bağlamağa. Ona görə də ən optimal variant e-ticarətdir vergisini versin, məhsulunu satsın alıcı ilə satıcı bir növ üz-üzə gəlməsin. Yüksək arendaya verəcəyi pulu, daşıyıcıya maaş olaraq verər. Həm məhsulu satılar, həm dövlət büdcəsinə qatqısı olar, həm də karqo sektoru daha da genişlənər, insanlar üçün yeni iş yerləri açılar, hətta hansısa məhsulun yerli istehsalçısı belə ola bilər”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB