Türkiyə iqtisadiyyatı ilin üçüncü rübündə 5,9 faiz inkişaf edib

Türkiyə Statistika İdarəsi cari ilin üçüncü rübü (iyul-sentyabr) üzrə ümumi daxili məhsulun (ÜDM) nəticələrini açıqlayıb.
Türkiyə iqtisadiyyatı ilin üçüncü rübündə 5,9 faiz inkişaf edib

Türkiyə Statistika İdarəsi cari ilin üçüncü rübü (iyul-sentyabr) üzrə ümumi daxili məhsulun (ÜDM) nəticələrini açıqlayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, müvafiq olaraq, Türkiyə iqtisadiyyatı 2023-cü ilin üçüncü rübündə bir əvvəlki ilin eyni rübü ilə müqayisədə 5,9 faiz inkişaf edib.

Proqnozlar 5,6 faiz səviyyəsində idi.

2023-cü ilin üçüncü rübündə əvvəlki ilin eyni rübünə nisbətən; tikinti 8,1 faiz, sənaye 5,7 faiz, maliyyə və sığorta fəaliyyəti 5,1 faiz, xidmətlər 4,3 faiz, dövlət idarəetməsi, təhsil, insan sağlamlığı və sosial xidmət fəaliyyəti 3,6 faiz, daşınmaz əmlak fəaliyyəti 2,7 faiz, digər xidmət sahələri 2,2 faiz, informasiya və rabitə fəaliyyətləri 1,7 faiz, kənd təsərrüfatı sektoru isə 0,3 faiz artıb.

Türkiyə iqtisadiyyatı əvvəlki rüblə müqayisədə 0,3 faiz inkişaf edib.

Xəzinə və maliyyə naziri Mehmet Şimşək 3-cü rübün böyümə rəqəmlərini qiymətləndirib.

Nazir Şimşək "İnflyasiya və büdcə kəsiri daimi azalma və makro-maliyyə sabitliyi əldə olunana qədər proqnozlaşdırıla bilən və qaydalara əsaslanan siyasətlərimizə davam edəcəyik" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə