“Onlayn satışın üstünlükləri çox olsa da, hər yerdə tətbiqi mümkün olmur” - İQTİSADÇI DANIŞDI

“Onlayn satışın üstünlükləri çox olsa da, hər yerdə tətbiqi mümkün olmur” - İQTİSADÇI DANIŞDI

“Rəqəmsal iqtisadiyyat bir çox sahələr üzrə işlərin elektron mühitdə həyata keçirilməsidir. Azərbaycanda da olduqca geniş yayılıb və inkişaf edir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

X.Kərimli bildirib ki, rəqəmsal iqtisadiyyat inkişaf etməmişdən öncə banklarda uzun müddət növbə gözləməli olurduq, indi isə bu prosesləri onlayn formada həll edə bilirik: “Dünya praktikasında isə inkişaf etmiş, qabaqcıl texnologiyalara sahib ölkələrdə rəqəmsal iqtisadiyyat daha populyardır.

Hazırda aktual olan onlayn satışın üstünlükləri çox olsa da, hər yerdə tətbiqi mümkün olmur. Çünki bir çox hallarda isanlar məsulu görmək, toxunmaq olur. Lakin istənilən halda onlayn satış vaxt itkisini azaldır, müqayisə etməyə imkan yaradır.

Süni intellekt də hazırda bir çox sahələrdə insanlara yardımçı olur, məsuldarlığı artırır. Süni intellektin tək problemi işsizlik yaratmasıdır. Amma uzun illərdir bu cür narahatlıqlar mövcuddur, amma bir o qədər də öz əksini tapmır”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə