“Ulu Öndərin qayıdışından sonra müsbət trendlər başladı” - DEPUTAT FİKİR BİLDİRDİ
“Müstəqilliyin ilk günlərindən bütün respublikaların iqtisadiyyatında problemli məsələlər başladı. Azərbaycan iqtisadiyyatı da 1000 faizə qədər inflyasiyaya məruz qaldı, işsizliyin sayı artdı. Yəni iqtisadi problemlərin sayı-hesabı yox idi. Ulu Öndərin qayıdışından sonra müsbət trendlər başladı və bu trendlər özünü bir çox istiqamətlərdə büruzə verdi. Neft kontraktları bağlanan gündən Azərbaycana investisiyalar qoyulmağa başlandı. Neft kontraktının özü də tarixi hadisədir. Belə ki, dünyanın aparıcı şirkətləri Azərbaycana, daha doğrusu Ulu Öndərə inandılar. Beləliklə təxminən 2000-ci ilə qədər bütün bu mənfi problemlər Azərbaycan iqtisadiyyatında azalmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Deputat bildirib ki, ölkəyə xarici valyuta axını başladı, iqtisadiyyata yeni impuls verildi: “Eyni zamanda görülən işlər sayəsində inflyasiyanın qarşısı alındı.
Elə Ulu Öndərin təklifi ilə Neft Fondu yaradıldı, ora neftdən gələn valyuta yığılırdı. Artıq ilbəil Azərbaycan iqtisadiyyatında müsbət trendlər artmağa başladı.
Bu gün Azərbaycan iqtisadiyyatı tək Cənubi Qafqazda deyil, post-Sovet məkanında da ən uğurlu iqtisadiyyatlardan biridir. Burada istər sosial problemlərin həlli, istər ümumdaxili məsulun artımı, istərsə də inflyasiyanı cilovlamaq baxımından mühüm işlər görülmüşdü.
Hazırda da Azərbaycan iqtisadiyyatı sayəsində ölkəmiz durmadan inkişaf edir. Xüsusilə də işğaldan azad olunmuş əraziləri öz hesabımıza bərpa etməyimiz dünya qarşısında gücümüzün nümayişidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB