"Mənzillərin sertifikatla satışa çıxarılması birmənalı qarşılanmayacaq" - EKSPERT MÜNASİBƏT BİLDİRDİ
"Azərbaycanda daşınmaz əmlakların alqı-satqısı və sənədləşməsi müxtəlif formalarda aparılır. Paytaxt Bakı şəhərində bəzi binalarda alqı-satqı müqaviləsi və çıxarış əvəzinə sertifikatlar verilib. Nəticədə bu binalarda olan mənzillərin satışına olan tələbat azaldı. Sertifikat dəyişilmir. Bir şəxsə verilir və o, öz mənzilini satarkən həmin sertifikatın arxa hissəsində yeni alıcının adı yazılır. Əgər mənzil dəfələrlə satılırsa, hər dəfəsində sertifikata yeni alıcının adı qeyd olunur". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyev deyib.
Onun sözlərinə görə, yeni tikili çoxmərtəbəli binaların satışı iki mexanizm ilə həyata keçirilir: "Bir Mənzil Tikinti Kooperativinin (MTK) verdiyi alqı-satqı müqaviləsi, maliyyə arayışı və çıxarış. Vətəndaşlar daha çox çıxarışlı mənzillərə üstünlük verirlər”.
Ekspert qeyd edib ki, mənzillərin sertifikatla satışa çıxarılması birmənalı qarşılanmayacaq: “Müqaviləli mənzillərin satışı zamanı çox hallarda vətəndaşlara zərərlər dəyib. MTK-lar tərəfində zərərçəkmiş şəxslərin sayı 5200-dən artıqdır. Onların mənzilləri bir neçə şəxsə satılıb və ya tikilib başa çatmayıb. Binalar tikilərkən ilkin çıxarışla satılması uyğundur. İlkin çıxarış praktikası mövcuddur. Bəzi şirkətlər var ki, uzunmüddətli daxili kreditlərlə mənzillər satırlar. Hətta bir neçə ilə tikiləcək binaları da ilkin çıxarışla bank vasitəsi ilə satmaq olar. Müqavilə mexanizmi effektiv deyil. İnsanlar aldadılmamaq və qeydiyyata düşmək üçün çıxarışlı mənzillərə üstünlük verirlər”.
“Düşünürəm ki, mənzillərin satış prosesi dəyişdirilməlidir. MTK-lar satış zamanı ilkin çıxarış verərsə, böyük əminlik yaradacaq",- deyə o əlavə edib.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB