Qış turizminin hansı üstünlükləri var? - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“Azərbaycan təbiəti yay turizmi ilə yanaşı, qış turizmi üçün də geniş imkanlar yaradır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qış turizmi son illər kifayət qədər populyardır.
V.Bayramov bildirib ki, xüsusən regionda qış turizmi cəlbedici turizm növünə çevrilib. Azərbaycan da bu istiqamətdə imkanlarını genişləndirib, bu sahə üzrə yetərli qədər investisiya qoyuluşu da bununla bağlıdır.
Qış turizmi həm daxili turizmin inkişafı, həm də ölkəyə daxil olan valyutanın həcminin artırılması baxımından vacibdir. Gözləntilər o yöndədir ki, qış turizmi ölkəyə daha çox valyuta cəlb edilməsinə imkan yarada bilər və praktik olaraq qeyri-neft sektoru, eləcə də turizm sahəsində qış turizminin payı artmağa davam edir. Növbəti mövsümdə də qış turizminin ölkəyə valyuta cəlb edəcəyi gözlənilir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB