...Yaxın Şərqdə münaqişənin kəskinləşməsi dünya bazarında neftin qiymətini dörd dəfə artıraraq, yəni “Brent” markalı neftin bir barelinin təxminən 400 dollara çatması təhlükəsini yaradır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu RİA Novosti-yə müsahibəsində “Rusenerqoproekt” MMC-nin idarəedici direktoru Maksim Kanişev deyib.
Mütəxəssis xatırladıb ki, 1973-cü ildə oxşar vəziyyətdə, İsrailin Suriya və Misirlə müharibəsi zamanı bütün neft hasil edən ərəb ölkələri İsraili dəstəkləyən ölkələrə neft tədarükünə embarqo qoydular.
Və nəticədə neftin qiyməti 4 dəfə artdı və böyük enerji böhranı yarandı. Kanişev qeyd edib ki, nə ABŞ-ın, nə də Avropa İttifaqının bu cür çatışmazlığı dolduracaq mənbələri yoxdur.
Yeri gəlmişkən, Bloomberg daha əvvəl Fələstin-İsrail münaqişəsinin qlobal iqtisadiyyatı sarsıda biləcəyinin xəbərdarlığını etmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB