“Kommunikasiyanın açılması iqtisadiyyata xüsusi fayda verəcək” - İQTİSADÇI MÜNASİBƏT BİLDİRDİ
“İşğaldan azad edilən ərazilərdə bağçılıq, əkinçilik, arıçılıq və heyvandarlığın inkişaf etdirilməsinə başlanılıb. Lakin hələki suvarma sistemləri ilə tam təmin edilmədiyindən o qədər də effektiv nəticələr yoxdur. Hələ ki, işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur yenilənir, bərpa işləri aparılır. Yəni bir neçə il sonra biz Qarabağın Azərbaycan iqtisadiyyatına müsbət təsirlərinin şahidi ola bilərik”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.
Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanması, kommunikasiyanın açılması isə xüsusi bir fayda verəcəkdir: “Özəlliklə də qonşu ölkələr, o cümlədən Ermənistanla kommunikasiya əlaqələri açıldıqdan sonra iqtisadiyyatın inkişafında müsbət irəliləyişlər olacaq. Bu fonda Zəngəzur dəhlizi mühüm rola sahibdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB