“Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi vacibdir" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi vacibdir" - İQTİSADÇI-EKSPERT ŞƏRH ETDİ

“Azərbaycanda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi bütövlükdə yürüdülən siyasətin əsas prioritetlərindəndir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, həm ölkədaxili yollar, həm də ölkəni digər dövlətlərlə birləşdirən yol qovşaqlarının inkişaf etdirilməsi və müasir standartlara uyğun olaraq qurulması həyata keçirilir: “Bu konteksdən məhz Gəndob–Xaçmaz–Yalama–Rusiya Federasiyası ilə dövlət sərhədi (20 km)–Hülövlü–Sərkərli–Alıcqışlaq–Qədmalıqışlaq–Rəhimoba avtomobil yolunun tikintisinə əlavə vəsaitin ayrılması həmin istiqamətdə yolun yenidən qurulması və müasir standartlara uyğun olaraq inşa edilməsi məqsədi daşıyır. Bu iqtisadi baxımdan vacibdir. Çünki bir tərəfdən Azərbaycanın qeyri-neft məsullarının ixracı imkanlarının genişlənməsi fonunda nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi vacibdir. Eyni zamanda vətəndaşlarımızın müasir standartlara uyğun yollardan istifadəsinə şərait yaradacaq”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə