“Azərsu”ya ayrılan vəsait içməli su təminatına necə təsir göstərəcək? - AÇIQLANDI
“Su təminatının gücləndirilməsi, yaxşılaşdırılması Azərbaycan üçün vacib prioritetlərdəndir və bütövlükdə bu sahədə islahatların aparılmasını müşahidə edirəm”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, genesosional islahatlar var ki, həm dövlət büdcəsi hesabına vəsaitlərin ayrılması və bu sistemin daha da təkmilləşdirilməsi müşahidə olunur: “Ona görə də cənab Prezident tərəfindən imzalanmış son sərəncam və vəsaitin ayrılması da su təminatının yaxşılaşdırılmasına xidmət edəcək və biz həm paytaxtdan, həm də bölgələrdən su təminatının gücləndirilməsi ilə bağlı siyasətin davam etməsini müşahidə edirik. Bu da məhz ölkə Prezidenti tərəfindən bu istiqamətdə mütəmadi vəsaitlərin ayrılması ilə bağlı sərəncamların imzalanması da ondan xəbər verir ki bütövlükdə bu sektorun inkişafı prioritetliyini qoruyub saxlayır. Növbəti dövrlərdə də bu sahədə daha çox maliyyə vəsaitinin ayrılması və sektorun inkişafını müşahidə edəcəyik”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB