Neft cüzi bahalaşıb

Dünya bazarında neft qiymətləri ABŞ dollarının məzənnəsinin zəifləməsi fonunda cüzi artıb. SİA xəbər verir ki, “Brent” markalı neftin oktyabr fyuçersləri 0,15 % bahalaşaraq 1 barel üçün 85,27 ABŞ dolları təşkil edib.

WTI markalı neftin sentyabr fyuçerslərinin qiyməti isə 0,22 % artaraq 81,73 ABŞ dolları olub.

Bütün xəbərlər Facebook səhifəmizdə