Rusiyanın "Taxıl sazişi"ni ləğv etməsi nəyə səbəb olacaq? - İQTİSADÇI AYDINLIQ GƏTİRDİ
“Rusiyanın “Taxıl sazişi”ni ləğv etməsi sözsüz ki, dünyada taxıl qiymətlərinə mənfi təsir göstərəcək. Bu da öz növbəsində digər ərzaqların da qiymətinə mənfi təsir edə bilər. Məsələn, artıq düyünün qiymətinin artmasını müşahidə edirik”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Eyyub Kərimli deyib.
Onun sözlərinə görə, Rusiya dünyanın əsas taxıl ixracatçısı və istehsalçısı idi: “Hesab edirəm ki, xüsusilə yoxsul ölkələrdə bu baxımdan problem yaranacaq. Hətta Avropanın bir sıra dövlət başçıları da ərzaq sahəsində böhranın baş verə, qiymətlərin qalxa biləcəyini qeyd edib. Əlbəttə ki, dünyada taxıl qiymətinin artması mənfi hallara yol aça bilər. Lakin Azərbaycan və Rusiya arasında taxıl ixracatı qarşılıqlı saziş əsasında həyata keçirilir”.
İqtisadçı sözlərinə davam edərək bildirib ki, bu gün Azərbaycana Rusiyadan taxıl idxal etməsinə qarşı heç bir məhdudiyyət qoyulmayıb: “Bu proses davam edir. Ölkəmizdə taxılın qiymətinin artması Rusiyadakı qiymətdən asılı olacaq. Ona görə də Rusiyada qiymət artımı baş versə, bunun bizim ölkə üçün də mənfi təsirləri olacaq. Bunun nəticəsində buğdanın, unun, çörəyin və s. qiyməti arta bilər.
Onu da qeyd edim ki, Rusiyanın “Taxıl sazişi”ni ləğv etməsi qıtlığa yox, bahalaşmaya səbəb olacaq. Yəni, ərzaq olacaq amma qiymətləri yüksək olacaq”.
Ləman Sərraf
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB