Taxıl asılılığını necə aradan qaldırmaq olar? - İQTİSADÇI DANIŞDI
"Azərbaycan daxili tələbatını ödəmək üçün 40% taxılı xaricidən, əsas da Rusiya və Qazaxıstandan alır. Dövlət Statistikasının 2019, 2020, 2021-ci il üçün olan məlumatlara əsasən taxılın ümumi yığım və məhsuldarlıq bütün təsərrüfat kateqoriyaları üzrə cəmi 2019-cu il üzrə 3451,6 ton, 2020-ci il üzrə 3172,3, ton, 2021-ci il üzrə 3275,6 tondur. Məhsuldarlıq 2019-cu il üzrə 31.3 sent/ha, 2020-ci il üzrə 30.9 sent/ha, 2021-ci il üzrə 31.9 sent/ha olub. Göründüyü kimi göstəricilərdə qeyri-bərabərlik var. 2022-ci ildə Ukrayna - Rusiya müharibəsi nəticəsində taxılın qiyməti iki dəfə qalxdı və bu özünü unun, çörəyin, makaronun qiymətində göstərdi". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Rauf Qarayev deyib.
Onun sözlərinə görə, Rusiyanın daimi taxıl sazişində əldə olunmuş razılaşmada Qərbi şantaj etməsi artıq bizim üçün həyəcan təbilinin çalınması deməkdir: "Sabah bu asılılıq bizim üçün də baş ağrısı ola bilər. Bu baxımdan ölkədə bir sıra qərarlar qəbul olunub. Un və çörək ƏDV-dən azad olunub. Ölkəyə gətirilən taxılın həcmi artırılıb. Daxili istehsalçıya dövlət dəstəyinin artırılması qərara alınıb. Hər ton taxıla 100 manat subsidiyanın verilməsi, aqroparkların sayının çoxaldılması buna bariz nümunədir".

İqtisadçı sözlərinə davam edərək bildirib ki, Qarabağ- Şərqi Zəngəzur iqtisadi rayonunda kənd təsərrüfatı üçün 1 milyon hektar yararlı torpaqlar var: "Bu torpaqlardan geniş istifadə nəzərdə tutulub. Aqrar Sığorta Fondu tərəfindən kənd təsərrüfatı üçün yararlı 400 min hektar ərazi sığortalanıb. 2025-ci ilə kimi İsrail dövləti ilə anlaşma nəticəsində ən müasir texnologiya sahəsində ölkədə taxıl istehsalının genişləndirilməsi və bu taxılın İsrail bazarına çıxarılması nəzərdə tutulub. Son 2 il qalıb. Bu iki il ərzində qoyulan tapşırıqlar yerinə yetirilsə və ərazilər tam minalardan təmizlənsə artıq ola bilər ki, Azərbaycanın taxıl asıllığı aradan qaldırılacaq. Amma məsələ burasındadır ki, taxıl əkinində korrupsiya halı da mövcuddur. Hərdən mətbuatda eşidirik ki, subsidiya almaq üçün bəzi şəxslər sənədlərdə ərazilərində başqa məhsul əkə-əkə orada taxıl qeyd olunur. Müddət qısa olsa da, qeyd olunanlarda ən azı 20% asılılığı aradan qaldırsaq, bunun özünü də müsbət hal kimi dəyərləndirmək olar"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB