Mərkəzi Bankda BOKT-ların fəaliyyətinin genişləndirilməsi müzakirə edilib

Mərkəzi Bankda BOKT-ların fəaliyyətinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" İctimai Birliyinin və ona üzv təşkilatların rəhbərləri ilə görüşüb.

SİA xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "Twitter" hesabında qeyd edib. O bildirib ki, görüşdə BOKT-ların fəaliyyətinin genişləndirilməsi müzakirə edilib.

"Görüşdə Azərbaycanda maliyyə sektorunun inkişafı, o cümlədən BOKT-ların fəaliyyətinin genişləndirilməsi, regionlarda sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması istiqamətində müzakirələr apardıq", - deyə baş bankir əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə