Rusiyada rubl çökdü

Rusiyanın ən böyük bankları Rusiya Federasiyasında daxili sabitliyin pozulması fonunda məzənnələri kəskin şəkildə qaldırıblar. Yevgeni Priqojinin başçılıq etdiyi Wagner-in üsyanı buna ciddi təsir göstərib.

Rusiya təbliğat mediasının məlumatına görə, rubl aktiv ucuzlaşma nümayiş etdirir. Artıq bir çox banklarda dollar 90 rublu, avro isə 100 rublu keçib.

Rosbank ən yüksək tariflər təklif edib - bir dollar üçün 105 rubl və bir avro üçün 115 rubl. Sberbank-da dollar 88,33 rubla, avro isə 94,16 rubla satılır.

Promsvyazbank-da isə Rusiya valyutasının məzənnəsi 1 dollar üçün 84,87 rubl, avro üçün isə 93,06 rubl təşkil edir.

Forbes jurnalının rus versiyasının jurnalistləri bildirirlər ki, banklar Priqojinin bəyanatına adekvat reaksiya veriblər. Rusiyanın bir sıra maliyyə institutları dərhal iyunun 24-də dolların alış məzənnəsini 90 rubldan, avronu isə 100 rubldan yuxarı müəyyən ediblər. Rusiya Mərkəzi Bankının iyunun 24-nə olan rəsmi məzənnəsi 1 dollar üçün 84,1 rubl, avro üçün 91,5 rubl təşkil edir ki, bu da bazar reallıqlarına uyğun gəlmir.

İyunun 23-də Moskva birjasının axşam sessiyasında iri şirkətlərin səhmləri dəyərinin 4%-ə qədərini itirib. Azalma liderləri En+ Group (-4,18%), Yandex (-4,03%), TCS Group (-3,64%) Surgutneftegaz (-3,59%) və Fix Price (-3,49%) olub.

Bütün xəbərlər Facebook səhifəmizdə