"Azərbaycan Dəmir Yolları rəqəmsal ödənişlərin genişləndirilməsi, köşklərdə və kassalarda növbələrin aradan qaldırılması və kağız istifadəsi nəticəsində ətraf mühitə dəyən zərərin qarşısının alınması məqsədilə 01 iyul 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən qatarlara kağız biletlərin satışını dayandırır".
Azərbaycan Dəmir Yolları QSC-dən SİA-ya verilən açıqlamada belə deyilir.
Qeyd olunur ki, müvafiq marşrut üzrə qatarlarda gediş NFC-ni dəstəkləyən bank və ya ADY-yə məxsus gediş kartları ilə təmassız və rahat şəkildə həyata keçirilə bilər:
"ADY-yə məxsus gediş kartlarını Abşeron dairəvi dəmir yolu marşrutu üzrə fəaliyyət göstərən bütün stansiyaların kassalarından əldə etmək mümkündür. Bir ədəd ADY gediş kartının qiyməti 2 AZN təşkil edir.
Xatırladaq ki, sərnişinlər ADY gediş kartlarından istifadəni dayandırdıqları təqdirdə kartları kassalara təhvil verməklə kart üçün ödənilmiş və balansda olan məbləği geri ala bilərlər.
Bununla yanaşı, ADY onlayn bilet satışı üzrə proqram təminatının rəqəmsallaşdırılması məqsədilə mobil tətbiqin hazırlanaraq istifadəyə verilməsi üzrə iş aparır. Mobil tətbiqin istifadəyə verilməsi sərnişinlərə Abşeron dairəvi dəmir yolu xətti üzrə elektrik qatarlarına onlayn bilet almaq imkanı, həmçinin gediş kartlarının balansını onlayn artırmaq imkanı yaradacaq.
Hazırda isə Abşeron dairəvi dəmir yolu xəttinin bütün stansiyalarında təmassız ödənişi dəstəkləyən istənilən bank kartı, həmçinin ADY-nin gediş kartı ilə rahat şəkildə ödəniş etmək mümkündür.
Qeyd edək ki, 2016-cı ildən regionlar üzrə dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlər www.ady.az korporativ saytına daxil olaraq onlayn bilet əldə edirlər".
Fazil Mehdixanlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB