Banklara depozit yerləşdirmək məqsədəuyğundur? - İQTİSADÇI EKSPERT AÇIQLADI

Banklara depozit yerləşdirmək məqsədəuyğundur? - İQTİSADÇI EKSPERT AÇIQLADI

“Hazırda ölkəmizdə illik gəlir baxımından banklara depozit yerləşdirmək daha məqsədəuyğundur. Belə ki, bizdə banklar 10-12 faiz arasında illik gəlir depoziti hesablayırlar”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.

Onun sözlərinə görə, depozitlərin 10 faizinə vergi tutulur: “Lakin ümumi hesabladıqda illik gəlir nöqteyi-nəzərdən bankalara qoyulan depozitlər daha gəlirlidir. Məsələn, əgər biz 70-80 min hansısa banka vəsait qoysaq, bunun illik gəliri 9 min manata yaxın edəcək. Amma o qiymətə hansısa maksimum 2 otaqlı ev alsaq və onu icarəyə versək, ildə 5-6 min vəsait əldə edə bilərik. Gördüyümüz kimi, fərq 50 faizdən çoxdur”.

Eyyub Kərimli sözlərinə belə davam edib: “Bankda qalan vəsaitlər bəzən dəyərsizləşir. Çünki bizdə inflyasiya var və xarici valyuta ilə olan depozitlərə çox az (3-4 arası) faizlə gəlir təqdim edirlər. Bu da problemlərdən biridir.

Evlərin qiyməti ölkəmizdə qalxır. 2005-ci ildən bu yana müşahidə etsək, evlərin qiyməti 500 faizə yaxın artıb. Bu baxımdan da uzunmüddətli investisiya kimi evlərə yatırım etmək daha yaxşıdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə