Azəriqaz”ın “Açıq mikrofon” aksiyası davam edir

SOCAR “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası davam edir. SİA xəbər verir ki, növbəti həftə (12, 14 və 16 iyun tarixləri) 1 şəhər və 2 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 15:00-dan 16:00-dək Samux rayonunda (YAP-ın inzibati binasının qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Naftalan şəhərində (Nəriman Nərimanov Parkı), 5-ci günü saat 11:00-dan 12:00-dək Göygöl rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq.

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə