"İstiliktəchizatında ən böyük problem binadaxili sistemlərə aiddir" - QURUM RƏSMİSİ AÇIQLADI

"İstiliktəchizatında ən böyük problem binadaxili sistemlərə aiddir" - QURUM RƏSMİSİ AÇIQLADI

"İstiliktəchizatı məsələlərində ən böyük problemlər binadaxili sistemlərə aiddir. Mövcud qanunvericiliyə əsasən binadaxili sistemlər bina mülkiyyətçilərinin özünə aiddir. Bizim sərhədlərimiz binanın girişinə qədər müəyyən edilib". SİA xəbər verir ki, bu sözləri"Azəristiliktəchizatı" ASC-nin sədrinin vəzifəsini icra edən İlham Mirzəliyev mətbuat konfransında deyib.

O bildirib ki, balans saxlayıcıları tərəfindən həyata keçirilən tədbirlər bir nəticə vermir: "Bu da istiliktəchizatının işinə təsir edir. Qeyd edim ki, 200-ə yaxın binada monitorinqlər aparılmış və çox ciddi binadaxili nöqsanlar aşkarlanmışdı. Bunlara reaksiya verilib və müəyyən işlər görülüb. Amma təəssüf ki, yaşayış binaları ilə bağlı məsələlər hələ də öz həllini tapa bilməyib".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə