“SOCAR RUS” MMC-nin 2026-cı ilədək biznesin inkişafı strategiyası hazırlanıb
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rusiya Federasiyasındakı törəmə müəssisəsi olan “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının iclası keçirilib.
Bu barədə SİA SOCAR-a istinadən xəbər verir.
İclasda “SOCAR RUS” MMC-nin 2023-2025-ci illər üzrə biznesin inkişafı strategiyası iştirakçılara təqdim edilib, şirkətin idarəetmə standartlarının təkmilləşdirilməsi, səmərəliliyinin yüksəldilməsi və bu kimi digər məsələlər müzakirə olunub.
Görüş çərçivəsində “SOCAR RUS” MMC-nin cari ilin birinci rübündəki fəaliyyəti və görülən işlərin yekunlarına dair hesabatı da müzakirə edilib.
İclasda “SOCAR RUS” MMC-nin Müşahidə Şurasının üzvləri və şirkətin rəhbər heyəti iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB