Bazar ertəsi ticarət nəticəsində Avropada qazın qiyməti min kubmetr üçün 550 dollar həddini keçərək 2,5% artıb. SİA xəbər verir ki, bu barədə Londonun ICE birjasının məlumatında deyilir.
TTF indeksi üzrə may (ən yaxın) fyuçersləri (Avropanın ən böyük qovşağı, Hollandiyada yerləşir) hər min kubmetr üçün 530,8 dollar (-1,4%) səviyyəsində ticarət açıb. Aşağı ticarət qiyməti 524,2 dollar (-2,6%), maksimal 559,1 dollar (+3,9%), bağlanış qiyməti 551,7 dollar (+2,5%) təşkil edib. Kotirovkaların dinamikası əvvəlki ticarət gününün hesablaşma qiymətinə əsaslanır - hər min kubmetr üçün 538,2 dollar.
Avropada qazın birja qiymətləri ötən ilin sonundan xeyli aşağı düşüb. Belə ki, martın əvvəlində il yarımdan artıq müddətdə ilk dəfə - 2021-ci ilin iyul ayının sonundan etibarən hər min kubmetr üçün 450 dollara düşüb. Bu, ötən ilin mart ayının ilk günlərinin rekord göstəricilərindən səkkiz dəfədən çox aşağıdır - min kubmetr üçün təxminən 3,900 dollar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB