Qlobal iqtisadiyyatda "çətin eniş" - Məşhur amerikalı iqtisadçı

Qlobal iqtisadiyyatda "çətin eniş" - Məşhur amerikalı iqtisadçı

2008-ci il iqtisadi böhranını proqnozlaşdırdığı üçün "Qiyamət Oracle" və ya "Böhran Oracle" kimi tanınan iqtisadçı Prof. Dr. Nouriel Roubini yüksək inflyasiyanın qalıcı ola biləcəyini və FED-in faiz artıracağına dair gözləntilərin bazarlarda qeyri-müəyyənliyi artıracağını ifadə edərək, bu vəziyyətlərin qlobal iqtisadiyyatı "çətin eniş" riski ilə qarşı-qarşıya qoyacağını bildirib. SİA xəbər verir ki, məşhur ABŞ iqtisadçısı geosiyasi faktorlar hesabına inflyasiyanın yüksək səviyyədə saxlanılacağını bəyan edib.

Məşhur iqtisadçı mərkəzi bankların inkişaf etmiş iqtisadiyyatlarda yüksək inflyasiyanı nəzarət altına almaq səyləri nəticəsində dünya iqtisadiyyatının “sərt eniş” riski ilə üzləşəcəyi ilə bağlı diqqətçəkən qiymətləndirmələr edib. Roubini Australian Financial Review tərəfindən təşkil edilən sammitdə çıxış edib. Məşhur iqtisadçı mərkəzi bankların inflyasiyanı hədəflənmiş səviyyələrə çatdırmağa çalışdıqlarını və bunun üçün faiz dərəcələrini gözlənildiyindən daha yüksək səviyyəyə qaldırmalı olacaqlarını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə