““Əsrin müqaviləsi” Ulu Öndərin yeni neft strategiyasındakı birinci şah əsəridir” - Xoşbəxt Yusifzadə

““Əsrin müqaviləsi” Ulu Öndərin yeni neft strategiyasındakı birinci şah əsəridir” - Xoşbəxt Yusifzadə

“Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövrünü iki yerə bölmək olar. Birincisi Sovet dövrü, ikincisi isə müstəqillik dövrünü əhatə edir. Ulu Öndərin neft sənayesi üçün gördüyü işlər gözümün önündən keçir. O vaxtlar neft sənayesi o qədər də yaxşı vəziyyətdə deyildi. Yeni yataqların kəşf olunmasına ehtiyac var idi, lakin bu texnika və maliyyə tələb edirdi”. SİA xəbər verir ki, bu sözləri Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş tədbirdə çıxışı zamanı SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyev 1970-ci ildə neftçilərin vəziyyəti ilə tanış oldu: “Tez bir zamanda müxtəlif qazma qurğuların sayı artırıldı, 75 yerdən 400-dən artıq gəmilər alındı. Neft sənayesində birdən-birə bu qədər böyük inkişaf oldu. Bu inkişaf nəticəsində yeni yataqlar kəşf olunmağa başlanıldı.

Ulu Öndər müstəqillik dövründə rəhbərliyə gəldikdə də bütün sahələrlə yanaşı, neft sənayesinin inkişafı üçün çalışdı.

“Əsrin müqaviləsi” isə Ulu Öndərin yeni neft strategiyasındakı birinci şah əsəridir. Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşdırılan Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan neftinin Avropa və dünya bazarlarına birbaşa nəqlinə imkan yaratdı, həmçinin Xəzəryanı ölkələr arasında iqtisadi və qarşılıqlı faydalı münasibətlərin genişlənməsinə böyük töhfələr verib”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə