“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır

“Aeroflot” Sankt-Peterburqdan Bakıya birbaşa uçuşlara başlayır

Fevralın 17-dən etibarən “Aeroflot” Hava Yolları “Pulkovo” hava limanından Sankt-Peterburq - Bakı arasında birbaşa uçuşlara başlayacaq.

SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının mətbuat xidməti məlumat yayıb.

Aviareyslər həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri olmaqla, “Boeing 737-800” təyyarələri ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə