“Azəriqaz” daha 3 rayonda sakinlərin müraciətlərini dinləyəcək
Növbəti həftə (yanvarın 16-17 və 19 tarixləri) daha 3 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyası keçiriləcək. SİA-ya bildirilib ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Lerik rayonunda (Mədəniyyət Mərkəzi), 2-ci günü saat 13:00-dan 14:00-dək Astara rayonunda (Mədəniyyət Mərkəzi), 4-cü günü saat 11:00-dan 12:00-dək Cəlilabad rayonunda (Heydər Əliyev Yaradıcılıq Mərkəzi) baş tutacaq.
Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB