Taxıl anbarı kompleksinin genişləndirilməsi üçün güzəştli kredit ayrılıb
Taxıl anbarı kompleksinin genişləndirilməsi layihəsinə güzəştli kredit ayrılıb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Biznes nümayəndələrinin maliyyə resurslarına çıxış imkanlarının artırılması çərçivəsində Siyəzəndə fəaliyyət göstərən sahibkar Vüqar Qardaşov taxıl anbarı kompleksinin genişləndirilməsi layihəsi üzrə Sahibkarlığın İnkişafı Fondundan 2 milyon manat güzəştli kredit əldə edib”, - deyə nazir bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB