Bu il emal sənayesində 16 milyard manatlıq məhsul istehsal olunub

Bu il emal sənayesində 16 milyard manatlıq məhsul istehsal olunub

Emal sənayesində 2022-ci ilin yanvar-noyabr aylarında 16 milyard 71,4 milyon manatlıq məhsul istehsal olunub və sənaye xarakterli xidmətlər göstərilib.

SİA-nın əldə etdiyi məlumata görə, Dövlət Statistika Komitəsindən bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8 faiz artım, içki istehsalında 4,7 faiz, tütün məmulatlarının istehsalında isə 4,9 faiz azalma müşahidə olunub. Bu sahələrin əsas məhsullarından marqarin istehsalı 65,5 faiz, qənd və şəkər tozunun istehsalı 10,4 faiz artıb, duru bitki yağlarının istehsalı isə 6,4 faiz azalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə