“Azərbaycanda yaşıl enerjinin inkişafına xüsusi diqqət göstərilir” - DEPUTAT
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rumıniyanın paytaxtında Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması hələ uzun müddət aktuallığını qoruyacaq. Çünki bu sənəd müasir dövrün tələbləri ilə ayaqlaşır, alternativ enerji texnologiyasının ölkəmizdə daha geniş şəkildə istifadə olunmasına hüquqi zəmin yaradır. Azərbaycanda da bu sahəyə dövlətimiz tərəfindən xüsusi diqqət göstərilir. 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində prioritetdir. 30 il ərzində yaşıl enerji ilə bağlı aparılan tədqiqatlar kömür, neft və təbii qazdan asılılığımızı azalda biləcək bir yenilikdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov qeyd edib ki, yenilənə bilən, çirkləndirməyən enerji mənbələri ilə bağlı araşdırmalar bu gün də davam edir: “Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən görüşdə qəbul edilən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmağın məmnunluğu ifadə edilib. Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xəttinin vacibliyi vurğulanıb. Bu layihə iştirakçı ölkələri, həmçinin Avropanı həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək. Prezident İlham Əliyevin çıxışında bildirib ki, ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq. Qeyd edilib ki, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi, 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır. Qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqi nə əhəmiyyətli yer veriləcək. Təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpası da görüləcək işlər sırasındadır. Ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB